“Futbolçularımı təbrik edirəm”.

Offsideplus.az xəbər verir ki, bunu "Sabah"ın baş məşqçisi Valdas Dambrauskas Misli Premyer Liqasının 15-ci turunda "Turan Tovuz"a qarşı keçirdikləri matçdan sonra deyib.

Mütəxəssis matçla bağlı fikirlərini bölüşüb: “Çox vacib 3 xal qazandıq. Burada qalib gəlmək asan deyil. Rəqib yaxşı təşkilatlanmış komandadır. Onların müdafiəsini yarmaq rçox çətindir.

4 gün sonra bizi çox önəmli oyun gözləyir. Belə qələbələrdən sonra rahatlaşmaq olmaz. "Qarabağ"la oyun çox ağır olacaq. Ölkənin ən yaxşı komandasına qarşı oynayacağıq”.

Valdas Dambrauskas meydançanın durumu ilə bağlı da danışıb:

“Azərbaycanda qonağam. Burada işləmək mənim üçün böyük üstünlükdür. Azarkeşlər və stadion möhtəşəm idi. Ancaq meydança yaxşı deyildi. Bu cür meydançalarda futbolçuların inkişaf etməsi mümkün deyil”.


Qeyd edək ki, Masazır təmsilçisi Tovuz səfərində 3:1 hesablı qələbə qazanıb.