"Sumqayıt"ın hücumçusu Aleksandr Ramalinqom üçün "Şamaxı" ilə oyun əlamətdar olub.
Offsideplus.az xəbər verir ki, 90+1-ci dəqiqəsində komandasının qələbə qolunu vuran 32 yaşlı hücumçu Misli Premyer Liqasında 20-ci qoluna imza atıb.
Ramalinqom "Səbail"də 15, "Sumqayıt"da isə 5 dəfə fərqlənməyi bacarıb. O, 20 qola 47 matçda çatıb.
Qeyd edək ki, o, Azərbaycan çempionatları tarixində ən azı 20 qol vuran 173-cü futbolçudur. O, qol sayında Bəxtiyar Soltanov, Ruslan Musayev, Şamil Əhmədov, Cəfər Əliyev, Məhəmməd Qurbanov, Julius Vobay və Leonid Kalfaya çatıb.



