Misli Premyer Liqasının XIII turuna "Qəbələ" - "Araz-Naxçıvan" matçı ilə yekun vurulur.

Offsideplus.az xəbər verir ki, görüş Bakı vaxtı ilə saat 16:30-da başlayıb.

"Qırmızı-qaralar" son 4 oyunda məğlub olub. Kaxaber Tsxadadzenin komandası sonuncu pillələrdən qurtulmaq istəyir.

"Araz-Naxçıvan" isə 20 xalla 6-cı yerdədir.

Misli Premyer Liqası, XIII tur

30 noyabr (bazar)

16:30 “Qəbələ” 2:1 “Araz-Naxçıvan”
Qollar: Prins Ovusu,15 (1:0), Bəxtiyar Həsənalızadə, 34 (1:1), Adriel Ba Loua, 59 (2:1)


Hakimlər: Kamal Umudlu, Vüsal Məmmədov, Namiq Hüseynov, Əkbər Əhmədov

VAR: Rauf Cabarov

AVAR: Kamran Əliyev

Hakim-inspektor: İmanxan Sultani

AFFA nümayəndəsi: Namiq Əliyev

Qəbələ şəhər stadionu