“Vacib üç xal idi”.

Offsideplus.az xəbər verir ki, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Misli Premyer Liqasının 13-cü turunda  "Karvan-Yevlax"la oyundan sonra mətbuat konfransında deyib.

Mütəxəssis 2:0 hesablı qələbə qzandıqları matç haqqında fikirlərini bölüşüb: "Füzuli Məmmədova uğurlar arzulayıram. Uzun müddətdən sonra baş məşqçi kimi Premyer Liqaya qayıdıb. Ona qarşıdakı matçlarda uğurlar arzulayıram. Futbolçularımı təbrik edirəm. Oyun bizim üçün asan keçmədi. Avrokubok oyunlarından sonra futbolçuların hazırlıq səviyyəsi 30-40 faiz aşağı düşür”. 

Mütəxəssis heyətlə bağlı bunları deyib: “Şərait və vaxt olmadığı üçün istədiyimiz məşqləri edə bilmirik. Bu gün 3-4 futbolçumuz formasından uzaqdır. Onlar üçün ritmə düşmək çətindir. Biz risklərə getmək istəmirik. Hər oyun vacib olsa da, futbolçuları qorumaq daha önəmlidir. Bugünkü heyəti götürsək bir neçə futbolçu öz idman formasından uzaqdır. Ramil Şeydayev uzun müddətdir ki, oynamır. İlk dəqiqələrdən meydanda olması asan deyil. Bunu Musa Qurbanlıya da aid etmək olar. Bədavi Hüseynovu da qeyd edərdim. Ritmə düşmək üçün 3-4 oynamaq lazımdır ki, güclərini bölüşdürə bilsinlər. Risklərə getmək istəmirik. Hər oyun vacib olsa da, futbolçuları qorumaq daha vacibdir”.

Qeyd edək ki, "Qarabağ" 29 xalla turnir cədvəlinə başçılıq edir. 5 xalı olan "Karvan-Yevlax" isə sonuncu - 12-cidir.