"Sumqayıt" Misli Premyer Liqasının IX turunda "Zirə"yə 0:1 hesabı ilə məğlub olub.
Offsideplus.az xəbət verir ki, görüşdən sonra "kimyaçılar"ın baş məşqçisi Saşa İliç oyunu dəyərləndirib:
"Zirə" çətin rəqibdir. Birinci hissənin ilk 25 dəqiqəsini çox zəif oynadıq. Başa düşə bilmədim ki, niyə belə oldu. Fasilədən sonra oynadığımız oyunu ilk hissədə oynaya bilsə idik, nəticə fərqli ola bilərdi".
İliç hakimlik barəsində danışmaq istəməyib:
"Hakimliklə bağlı heç vaxt danışmıram. Bu, mənə aid sual deyil".



