AFFA Hakimlər Komitəsi ilk dəfə olaraq Misli Premyer Liqasının oyunları ilə bağlı həftəlik video icmal təqdim edib.

Offsideplus.az xəbər verir ki, Komitənin sədri Frank De Bleker VIII turda baş tutan qarşılaşmalardakı mübahisəli epizodlara münasibət bildirib.

Video icmalda hakimin qərarları təhlil olunur və epizodlarla bağlı izahlar verilir.

AFFA Hakimlər Komitəsi bundan sonra da hər turdan sonra oxşar video icmallar paylaşaraq, azarkeşlərə və ictimaiyyətə hakim qərarları barədə daha geniş məlumat təqdim etməyi planlaşdırır.