Misli Premyer Liqasının son turunda cari mövsümün penalti rekordu qeydə alınıb.

Offsideplus.az xəbər verir ki, altı oyunda beş dəfə 11 metrlik cərimə zərbəsi təyin olunub. Ruan Renato ("Zirə") "Neftçi"nin, Coy-Lens Mikels ("Sabah") "Karvan-Yevlax"ın, Rikardo Apolinario ("Şamaxı") "Qəbələ"nin qapısına yol tapıb. Dioqo Almeyda ("İmişli") "Araz-Naxçıvan"a, Aleksandr Ramalinqom ("Sumqayıt") "Turan Tovuz"a qarşı matçda imkanı qaçırıb.

Bu barədə Peşəkar Futbol Liqası məlumat yayıb.

Bu, penalti sayında mövsümün rekordudur. Premyer Liqada daha çox belə zərbələrin təyin edilməsi sonuncu dəfə ötən mövsümün XI turuna təsadüf etmişdi.

O, zaman beş oyunun hamısında, ümumilikdə altı penalti təyin edilmişdi.