Misli Premyer Liqasında VII tura bu gün start verilib.
Offsideplus.az xəbər verir ki, Zirədə yerli komanda "Neftçi"ni qəbul edib.
Gərgin keçən matç heç-heçə başa çatıb - 2:2.
Xüsusilə matçın son 15 dəqiqəsində həyəcan bir an olsun əksik olmayıb.
"Zirə" xalını 13 edib və liderliyi "Araz-Naxçıvan"a təhlil verib.
"Neftçi"nin isə 8 xalı var.
Misli Premyer Liqası, VII tur
3 oktyabr (cümə)
19:30 “Zirə” – “Neftçi” 2:2 (ikinci hissə)
Qol: Papunaşvili, 28, Ruan Reanto, 90+ (pen.) - Freddi Varqas, 66, Sambu, 87
Hakimlər: Kamal Umudlu, Vüsal Məmmədov, Zöhrab Abbasov, Elvin Bayramov
VAR: Rəşad Əhmədov
AVAR: Kamran Əliyev
Hakim-inspektor: Rəhim Həsənov
AFFA nümayəndəsi: Elman Musayev
Zirə İdman Kompleksinin stadionu



