"İmişli" Misli Premyer Liqasının V turunda "Karvan-Yevlax"ı 3:0 hesabı ilə məğlub edib.
Offsideplus.az xəbər verir ki, bu, onların Premyer Liqada ilk böyükhesablı qələbəsi olub.
Bu barədə Peşəkar Futbol Liqası məlumat yayıb.
İmişlinin eyniadlı klubu yarışın tarixinə böyükhesablı qələbə sevinci yaşayan 54-cü komanda kimi düşüb. İndiyədək çempionatda oynamış klublardan yalnız 9-u belə qələbə əldə edə bilməyib.



