Misli Premyer Liqasının III turunda "Turan Tovuz" "Neftçi"yə 1:0 hesabı ilə qalib gəlib.
Offsideplus.az xəbər verir ki, oyundan sonra keçirilən mətbuat konfransında Tovuz təmsilçisinin baş məşqçisi Kurban Berdiyev matçı şərh edib:
"Qələbə üçün sevinirəm. “Neftçi” bu mövsüm heyətini gücləndirib. Qalibiyyətə görə şadam. Heyətlər bərabər olanda bəzən biz yaxşı oynayırdıq, bəzən onlar. Amma rəqib azlıqda qalandan sonra bəzən oyunçularım hesabı qorumaq üçün səhvlər edirdilər. Ötən dəfə bildirdiyim kimi İbrahima Vadji getdikcə artırır. Oyuna pis qoşulmadı, amma bəzi anlarda daha yaxşı ola bilərdi".
K.Berdiyev klubun transfer planlarının olduğunu qeyd edib:
"Mövsüm hələ yenicə başlayıb. Elə bir komanda yoxdur ki, ilk oyunlardan yaxşı, stabil oynasın. Bəli, transfer hədəflərimiz var. Bir neçə mövqeyə yeni oyunçu düşünürük".



