Misli Premyer Liqasının II turunda "Turan Tovuz" "Araz-Naxçıvan"a 1:2 hesabı ilə uduzub. 

Offsideplus.az xəbər verir ki, oyundan sonra keçirilən mətbuat konfransında Tovuz təmsilçisinin baş məşqçisi Kurban Berdiyev komandanın durumu barədə danışıb:

"Biz Jonu, Filip, həmçinin Enrikeni də gözləyirik ki, tam hazır olsunlar. Onlar mövsüm öncəsi toplanışı qaçırdılar. Biz gözləməliyik. Marandiçi 2-ci əməliyyata girib və uğurlu alınıb. Yavaş-yavaş gəzə bilir. Qışdan sonra hazır ola biləcək. 1 ay yarıma məşqlərə başlaya biləcək. Onları oynatmaq üçün gətirmişik. Ola bilər ki, hətta sistemi də dəyişək. Çempionat yeni başlayıb. Mövsümün sonunda görəcəyik. 1-2 bölgəyə oyunçu axtarırıq. Amma vaxt azdır".