Misli Premyer Liqasında II turun qarşılaşmaları keçirilir.
Offsideplus.az xəbər verir ki, günün ilk oyunu Şamaxıda baş tutub. "Şamaxı" "Sabah"ı qəbul edib.
"Bayquşlar" səfərdən qələbə ilə qayıtmağı bacarıb - 2:1.
Coy-Lens Mikels dubl edərək komandasına 3 xal qazandırıb.
Misli Premyer Liqası, II tur
24 avqust 17:00. “Şamaxı” – “Sabah” 1:2
Qollar: Coy-Lens Mikels (1'), Dioqo Balau (59'), Coy-Lens Mikels (76')
Hakimlər: Rəşad Əhmədov, Vüsal Məmmədov, Akif Əmirəli, Kamran Əliyev.
VAR: Əliyar Ağayev.
AVAR: Zeynal Zeynalov.
Hakim-inspektor: Ceyhun Haşımov.
AFFA nümayəndəsi: Nəriman Axundov.
Şamaxı şəhər stadionu



