"Qəbələ" klubu mövsümlərarası fasilədə heyətini gücləndirməyə davam edir.
Offsideplus.az xəbər verir ki, "qırmızı-qaralar" "Real Madrid"in yetirməsi Xayme Syerra ilə müqavilə imzalayıb.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Syerra 10 il "Real Madrid"in akademiyasında çıxış edib. Onun son klubu Xorvatiyanın "Varajdin" klubu olub.



