"Zirə" heyətini yeni futbolçu ilə gücləndirib.
Offsideplus.az xəbər verir ki, "Sabah"dan ayrılan Vinsent Til "qartallar"a qoşulub. Onunla 1+1 illik müqavilə imzalanıb.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Qeyd edək ki, 25 yaşlı oyunçu karyerası ərzində Fransanın “Mets”, “Pau”, “Orleans”, Portuqaliyanın “Nasyonal”, İsveçin “Örebro”, AİK klublarının şərəfini qoruyub.
Lüksemburq millisində də çıxış edən Til burada 57 oyuna çıxıb və 3 qol vurub.
O, iki mövsüm keçirdiyi "Sabah"da isə 35 oyunda 3 qol və 5 məhsuldar ötürmə etməyi bacarıb.



