"Turan Tovuz" klubunun 2025-26 mövsümü öncəsik yay hazırlıq planı bəlli olub.
Offsideplus.az xəbər verir ki, Tovuz təmsilçisi iyulun 1-də Hünər təlim-məşq bazasında çalışmalara start verəcək. Təlim-məşq toplanışının ilk hissəsini Bakıda keçəcək Kurban Berdiyevin komandası iyulun 6-da Türkiyəyə yola düşəcək.
Ankaranın Qızılcahamam bölgəsindəki “Çam Otel”də məskunlaşacaq kollektiv iyulun 19-dək məşqlərini burada davam etdirəcək. Türkiyə toplanışının ikinci mərhələsi isə 24 iyul – 6 avqust tarixləri arasında Bolu bölgəsində həyata keçiriləcək və komanda “Von Resort Abant” otelində məskunlaşacaq. Kurban Berdıyev Türkiyə toplanışı çərçivəsində 4 yoxlama görüşündə komandanı sınaqdan keçirəcək.
Rəqiblərin kimliyi və oyunların tarixləri barədə əlavə məlumat veriləcək