"Kəpəz" klubunda növbəti ayrılıq yaşanıb.
Offsideplus.az xəbər verir ki, Yeqor Xvalkonun müqaviləsinin müddəti başa çatıb və Gəncə təmsilçisi ilə vidalaşıb.
Belaruslu müdafiəçi son üç ildə "sarı-göylər"in şərəfini qoruyub. Onun Gəncədəki karyerası 2022-2023-cü illər mövsümündən başlayıb. 28 yaşlı oyunçu 95 çempionat matçında meydana çıxaraq 3 qol vurub. Yeqor son iki mövsümdə "Kəpəz"in kapitanlarından olub.