"Zirə" klubunun 3 legioneri milli komandaya dəvət alıb.
Offsideplus.az xəbər verir ki, "qartallar"ın heyətindən Davit Volkov Gürcüstan, Mutsinzi Anje Ruanda, İssa Cibrilla isə Niger yığmalarına çağırılıb.
Hər üç milli komanda fərqli rəqiblərlə yoldaşlıq matçı keçirəcək. Gürcüstan iyunun 5-də Farer Adaları, 8-də Kape Verde ilə üz-üzə gələcək. Ruanda millisi iyunun 5-də Əlcəzair, Niger yığması isə iyunun 7-də Qabon, 8-də Zimbabve kollektivi ilə qarşılaşacaq.