Azərbaycan Premyer Liqasında 2025/26 mövsümü üçün “transfer pəncərələri”nin vaxtı bəlli olub.

Offsideplus.az PFL-in rəsmi saytına istinadən xəbər verir ki, çempionatın iştirakçıları üçün yay transfer dövrü iyunun 19-da başlanacaq.

Yayda "transfer pəncərəsi" sentyabrın 10-da saat 23:59-da bağlanacaq. 

Qış transfer dövrü isə 14.01.2026-10.02.2026 (saat 23:59) tarixlərini əhatə edəcək.

Azad agent statusuna malik peşəkar oyunçuların sifarişi üçün son gün 31 mart 2026-cı il olacaq.