Misli Premyer Liqasının sonuncu - XXXVI turunda "Şamaxı"nı məğlub edən “Qarabağ” cari mövsüm 28-ci qələbəsini qazanıb.
Offsideplus.az PFL-nin rəsmi saytına istinadən xəbər verir ki, Ağdam təmsilçisi mövsüm ərzində qazanılan qələbə sayında tarixinin rekordunu təkrarlayıb. 12 qat ölkə çempionu iki il əvvəl – 2022/23 mövsümündə də 28 qələbə əldə etmişdi
Qeyd edək ki, Azərbaycan çempionatları tarixində yalnız bir dəfə daha çox qələbə qazanan komanda olub. “Neftçi” 1992-ci ildə 36 oyunda 30 dəfə qalib gəlib.



