Misli Premyer Liqasının XXXV turunda "Sabah" Zirə səfərindən 1:1 hesablı heç-heçə ilə ayrılıb.
Offsideplus.az xəbər verir ki, "bayquşlar"ın baş məşqçisi Vasili Berezutski qarşılaşmanı şərh edib:
"Bu gün yaxşı çıxış etdik. Rəqibdən daha çox vəziyyət yaratdıq. Prinsipcə oyundan razıyam, nəticədən isə yox. Demək olar ki, 4 turdur finala hazırlaşırıq. Əlimizdən gələni edəcəyik ki, son turda "Neftçi"ni udaq".



