Bürünc medalları qazanmağa yaxın olan "Araz-Naxçıvan" bu gün Misli Premyer Liqasının XXXIII turu çərçivəsində doğma divarlar arasında "Sabah"la qüvvəsini sınayıb. 

Offsideplus.az xəbər verir ki, oyun qonaqlar üçün formal xarakter daşıyıb. Çempionatın orta sıralarında qərarlaşan "Sabah" bütün fikrini ölkə kubokunun finalına yönəldib. 

Mərdəkanda keçən qarşılaşma 1:1 hesablı "sülh"lə yekunlaşıb.

Misli Premyer Liqası, XXXIII tur

“Araz-Naxçıvan” – “Sabah” 1:1 

Qollar: Ülvi İskəndərov, 20. - Vinsent Till, 43.

Liv Bona Dea Arena. Saat 19:30

Hakimlər: Kamal Umudlu, Vüsal Məmmədov, Rəhman İmami, Nicat İsmayıllı

VAR: Əliyar Ağayev

AVAR: Zeynal Zeynalov

Hakim-inspektor: İmanxan Sultani

AFFA nümayəndəsi: Emin Cəfərov