"Qarabağ" futbol klubunun baş sponsoru “Azərsun Holdinq”də yeni təyinat gerçəkləşib. 

Offsideplus.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, Müşahidə Şurasının yeni sədri vəzifəsini Ahmad Gozal icra edəcək. O, bu ilin yanvarında dünyasını dəyişən Abdolbari Gozalin oğludur.

2006-cı ildə Bilkent Universitetinin menecment ixtisası üzrə məzun olmuş A.Gozal həmin ildən etibarən “Azərsun Holdinq”in idarəetməsində yaxından iştirak edib. Şirkətlər qrupunun müxtəlif strukturlarında fəaliyyət göstərdikdən sonra 2018-ci ildən etibarən “Azərsun Holdinq”in Müşahidə Şurasının sədr müavini və Holdinqin təftiş komissiyasının sədri təyin edilib. 2022-ci ildən etibarən Azərbaycan Sənaye Bankı ASC-nin Müşahidə Şurasının sədri vəzifəsini icra edir.