Misli Premyer Liqasının XXXI turunda "Sumqayıt" səfərdə "Zirə"yə 1:3 hesabı ilə məğlub olub.
Offsideplus.az xəbər verir ki, Sumqayıt təmsilçisinin baş məşqçisi Vaqif Cavadov oyundan sonra fikirlərini bölüşüb:
"Oyunla bağlı deyə bilərəm ki, yaxşı komanda ilə mübarizə apardıq. Həmin komanda elə belə ikinci deyil. "Sumqayıt" yaxşı futbol nümayiş etdirdi. Futbolçularımaa təşəkkür edirəm Hər iki komanda əsl futbol oynadı. Üslublar görsənirdi. Ümid edirəm ki, belə kollektivlərə qarşı komandam daha möhkəm olacaq. "Zirə"yə uğurlar diləyirəm. Bizim isə çətin oyunlarımız var. Bunlara hazırlaşacağıq".



