Dünən keçirilən "Qarabağ" - "Neftçi" (3:0) matçında cari mövsümün ikinci ən yuxarı göstəricisi qeydə alınıb.
Offsideplus.az xəbər verir ki, görüşü 7300 azarkeş izləyib. Yalnız bu komandalar arasında keçirilən XXIII turun görüşündə daha çox izləyici olub. Həmin qarşılaşmanı 9355 tamaşaçı seyr edib.
Bu barədə Peşəkar Futbol Liqasının rəsmi saytı məlumat yayıb.
Əlavə edək ki, mövsümün 3-cü göstəricisi də Azərbaycan derbisinə məxsusdur. XV turun “Neftçi Arena”da keçirilən “Neftçi” – “Qarabağ” (0:3) oyununda 7069 tamaşaçı olub.



