"Neftçi"nin baş məşqçisi Samir Abasov "Qarabağ"a məğlub olduqları oyundan sonra mətbuat konfransında iştirak edib. 

Offsideplus.az xəbər verir ki, "ağ-qaralar"ın çalışdırıcı 0:3-ü belə dəyərləndirib:

"Bu oyuna yaxşı ab-havada çıxmamışdıq. Zədəlilər var idi. 3-4 gün sonra kubok oyununa çıxmalıyıq. Avrokuboklarda iştirak etməyə görə bu önəmlidir. Bu oyunda zədəlilərə görə istədiyimiz rotasiyanı edə bilmədik. Oyunun əvvəllərindən paltardəyişmə otağında neqativlik vardı. Oyun göstərdi ki, pis başlamadıq. Bu vaxta qədər başımıza nə gəldisə, öz səhvlərimizdən gəldi. Ramilin şansı vardı, hesab arasında fərqi azalda bilərdi. Rəqibin də şansları çox idi. Məşqçi olaraq işimizi başa düşürük. Kubok oyunları var. "Neftçi"ni sevən insanları da başa düşmək olar. Fərqi yoxdur 3-4 gün sonra kubok matçı var və ya yox, hər bir halda qələbəyə oynamalısan Çünki bu derbidir. Murad özünə gələ bilmir. 3-4 oyunda verdiyimiz şansdan yaxşı istifadə edə bilmədi. Alekslə Muradı dəyişmək istəyirdik. Sadəcə Rəhmanın zədələnməyi gətirib çıxartdı ki, Elcanı oyuna daxil etməli olduq. Kuçun zədəsi ciddi deyil. Emin, Ştoqrin, Sek, Darbonu ona görə oynatdıq ki, forma yığsınlar, çünki zədədən yeni qayıdıblar. Darbo çoxdandır forma geyinmir deyə, onu oynatdıq. Rəhmanla Quzzoya 90 dəqiqə şans vermək istəyirdik. Lakin hər ikisi zədələnib, meydandan erkən çıxmalı oldu".

S.Abasov "Sabah"a qarşı Azərbaycan Kubokunun yarımfinal mərhələsində "Sabah"a qarşı keçiriləcək cavab görüşü barədə də danışıb:

"Kubokda hədəf mərhələni adlayıb finala oynamaqdır. Avropaya getməkdir əsas məqsəd. Həmin oyunu fikirləşib bəzi şeylər etdik. Şərt tək “Qarabağ"ı udmaqdırsa, onda məntiqi anlamıram. 4 oyunu da mənim üzərimə yıxmayın, 3-də mən olmuşam. "Qarabağ"la "Neftçi Arena"da heç də pis oynamamışdıq. Bu gün onlara uduzmağımız həddən artıq ağırdı. Başa düşürəm. Amma bu o demək deyil ki, avrokuboklara getməyə layiq deyil". 

Mütəxəssis Elcan Əbilovun debütünü dəyərləndirib:

 "Elcan Əbilov bizimlə daimi məşq edir. Bu gün futbolçunu oda atdığımızı fikirləşməsinlər. Belə fikrimiz yoxdur. Orta oyunçular Ohori, Kuç, Emil zədəlidir. Elcanı buraxdıq oyuna. Uğurlu olsun, öz uşaqlarımızdır. Ağır da olsa, öz oyunlarımızla möhkəmlənsinlər.