Misli Premyer Liqasında XXXI turun oyunları bu gün davam etdirilib.

Offsideplus.az xəbər verir ki, günün ilk qarşılaşması Masazır qəsəbəsində "Sabah" və "Səbail" arasında baş tutub.

"Sabah" bütün fikrini 4 gün sonra keçiriləcək ölkə kubokunun yarımfinalına yönəltmişdi. Bu baxımdan bugünkü qarşılaşma "bayquşlar" üçün formal xarakter daşıyırdı. 

"Səbail" isə əksinə, Premyer Liqada yerini qorumaq üçün "Sabah"la görüşdən xal və ya xallarla qayıtmaq istəyirdi. Məğlubiyyət faktiki olaraq, Elvin Məmmədovun komandası üçün son demək olacaqdı.

Qonaqlar hesabda 2 dəfə önə çıxsalar da, nəinki qələbəni qoruya bilməyiblər, hətta məğlubiyyətə düçar olublar.

19 aprel

"Sabah” – “Səbail” 3:2

Sofian Çakla, 31; Dmitro Litvin, 82 (avtoqol); Coy Lens Mikels, 90+2 - İnnosent Nşuti, 21; Süleyman Alluş, 74

Bank Respublika Arena. Saat 17:30

Hakimlər: Fərid Hacıyev, Vüsal Məmmədov, Rəhman İmami, Əkbər Əhmədov

VAR: Rəşad Əhmədov

AVAR: Cəmil Quliyev

Hakim-inspektor: Feyzulla Feyzullayev