Misli Premyer Liqasının XXXI turunda "Turan Tovuz" "Araz Naxçıvan"la 1:1 hesablı heç-heçə edib. 

Offsideplus.az xəbər verir ki, Tovuz təmsilçisinin məşqçisi Yunis Hüseynov oyundan sonra mətbuat konfransında iştirak edib, matçı şərh edib:

"Qələbə qazanmaq üçün meydana çıxmışdıq. Amma əfsuslar olsun ki, öz səhvlərimizdən qol buraxdıq. Risk etmək istəmədik. Qalib gəlsəydik, "Araz Naxçıvan"a çatırdıq. "Va-bank" gedə bilərdik amma getmədik. Zədəli oyunçularımız çoxdur, ona görə "va-bank" getmədim".

Y.Hüseynov Jo Batista üçün mövsümün başa çatdığını açıqlayıb:

"Zədəsi ciddidir, dünənki məşqdə sıradan çıxdı. Əməliyyat olunmalıdı. Mövsüm onun üçün başa çatıb".