Bu gün Misli Premyer Liqasında XXXI tur start götürüb.
Offsideplus.az xəbər verir ki, günün yeganə qarşılaşması Mərdəkanda gerçəkləşib. "Liv Bona Dea Arena"da 3-cü yerin sahibi "Araz-Naxçıvan" turnir cədvəlindəki qonşusu "Turan Tovuz"u qəbul edib.
Oyun həm yarış cədvəli, həm də avrokuboklara vəsiqə baxımından prinsipial xarakter daşıyırdı. Rəqibindən 5 xal geri qalan "Turan Tovuz" Konfrans Liqasına getmək şansını yaxşılaşdırmaq üçün ilk "3-lüy"ə yaxınlaşmağı hədəfləmişdi. "Araz-Naxçıvan" isə qalib gəlib gələcəyi təqdirdə, bürünc medalların taleyini böyük ölçüdə həll edəcəkdi.
Mərdəkandakı oyun heç-heçə nəticələnib.
18 aprel
“Araz-Naxçıvan” – “Turan Tovuz” 1:1
İssuf Paro, 53 - Faiq Hacıyev, 33
Qırmızı vərəqə: Vanderson Melo, 77 ("Araz-Naxçıvan")
Liv Bona Dea Arena. Saat 19:00
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Kamran Əliyev
VAR: Tural Qurbanov
AVAR: Asiman Əzizli
Hakim-inspektor: Babək Quliyev
AFFA nümayəndəsi: Elgiz Abbasov