"Turan Tovuz" Misli Premyer Liqasının XXVIII turunda “Qarabağ”la görüşdə ağır məğlubiyyətə düçar olub.
Offsideplus.az xəbər verir ki, 1:4 hesabı tovuzlular üçün ev oyunlarında antirekordun təkrarlanması deməkdir.
İndiyədək "Turan Tovuz" yalnız bir dəfə doğma azarkeşlər önündə belə böyük hesabla məğlub olmuşdu. Bu, 2024-cü il aprelin 19-da “Sumqayıt”la görüşə təsadüf edib. Həmin matçda da 1:4 hesabı qeydə alınmışdı.