"Bizim üçün ən gərgin, ağır oyunlardan biri idi. Matça tam yaxşı hazırlaşa bilməmişdik"

Offsideplus.az xəbər verir ki, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov "Turan Tovuz" 4:1 hesabıyla məğlub etdikləri oyundan sonra keçirilən mətbuat konfransında deyib.

Təcrübəli mütəxəssis Elvin Cəfərquliyevin yığmanın heyətində gördüyü qırmızı vərəqəyə də toxunub: "Həmişə bunlar bir oyunçunun başına gəlirsə, deməli nəsə problem var. Daha diqqətli olmalıdır".

O, Nəriman Axundzadənin baş tutmayan "Molde" transferi barədə də danışıb: "Kluba real təklif gəlmişdi. Sadəcə klublar arasında anlaşma olmadı. Norveçdə transfer pəncərəsi ayın 27-si bitirdi. 2-3 gün ərzində qərar vermək bizim üçün asan deyildi".