Misli Premyer Liqasında mübarizə aparan "Kəpəz" heyətini gücləndirməyə davam edir.
Offsideplus.az xəbər verir ki, Gəncə təmsilçisi Conston Omurvanı transfer edib. Keniyalı futbolçu ilə mövsümün sonuna kimi müqavilə imzalanıb.
Omurva mərkəz müdafiəçisi mövqeyində çıxış edir. 26 yaşlı oyunçunun son klubu Səudiyyə Ərəbistanı təmsilçisi “Abha” olub.
O, Keniya yığmasına da dəvət alır. Conston milli komandasının heyətində 11 oyuna çıxıb.