Misli Premyer Liqasının XXVI turunda "Kəpəz"ə qalib gələn "Sumqayıt"ın baş məşqçisi Vaqif Cavadov oyundan sonra mətbuat konfransında iştirak edib.
Offsideplus.az xəbər verir ki, mütəxəsis 3 aylıq aradan sonra qazanılan qələbəni belə şərh edib:
"Yaxşı oyunla yaxşı qələbə qazandıq. Azər Bağırov yaxşı komanda qurub, onlara uğurlar arzulayıram. Mən gənc məşqçiyəm. Çətinliyə düşmək lazımdır ki, böyüyəsən. Allaha şükürlər olsun ki, qalib gəldik. Hər an istefaya hazır olmaq lazımdır. Bu, futbolda baş məşqçi üçün normal haldır. Gənc məşqçiyəm, hər bir situasiyaya düşməliyəm ki, daha da inkişaf edim. İstəyirəm ki, komandanı yaxşı səviyyəyə çatdırım."
"Kimyaçılar"ın çalışdırıcısı yeni transferlər haqqında bunları deyib:
"Ronaldo yavaş-yavaş şans qazandıqca yaxşı formaya düşür. Həmçinin Bobir də eyni vəziyyətdədir. Momo bəzi zədələr yaşamışdı. Ümumilikdə, bu üç oyunçunun vəziyyətindən razıyam. İnşallah, daha da yaxşı olacaqlar."