Misli Premyer Liqasının XXIV turunda "Araz-Naxçıvan" evdə "Səbail"lə qolsuz heç-heçəyə razılaşıb. 

Offsideplus.az xəbər verir ki, oyundan sonra baş tutan mətbuat konfransında Muxtar Respublika təmsilçisinin baş məşqçisi Elmar Baxşıyev qarşılaşmanı şərh edib. 

"Gərgin oyun oldu. Xüsusilə birinci hissədə "Səbail"in təzyiqi oyunumuzu qurmağa imkan vermədi. Fasilədən sonra əvəzetmələrlə oyunu xeyrimizə dəyişdik. Əsas problem sonluqla bağlı oldu. Çox çətindir, önəmli futbolçularımızın əksəriyyəti zədəlidir. Bu da rotasiya etməyə imkan vermir.  Onlar komandaya qoşulandan sonra hücumda daha rəngarəng oynayacağımızı düşünürəm. Yandersonu müdafiənin mərkəzinə çəkməyimiz məcburiyyətdən idi. Çünki bir stoperimiz cəzalı, digəri zədəlidir", deyə 44 yaşlı mütəxəssis qeyd edib.