Misli Premyer Liqasının 17-ci turunda "Neftçi" "Kəpəz"i 2:1 hesabı ilə məğlub etdi.

Offsideplus.az xəbər verir ki, oyundan sonra qonaqların çalışdırıcısı Azər Bağırov mətbuat konfransında iştirak etdi. 

Mütəxəssis məğlubiyyət haqda bunları söylədi:

"Oyuna yaxşı hazırlaşmışdıq. Etdiyimiz texniki səhvlər birinci hissədə qapımızda 2 qol görməyimizə səbəb oldu. Fasilədən sonra aqressiyanı bir qədər artırdıq. Qol epizodları yaratdıq. Reallıqlarla barışmaq lazımdır. Etdiyimiz səhvlərə görə məğlub olduq".