"Kəpəz" qış "transfer pəncərəsi"ndə heyətini vingerlə gücləndirmək niyyətindədir.

Offsideplus.az xəbər verir ki, Gəncə təmsilçisi Samuel Kard Sandersla anlaşıb.

Məlumatı "Diez" nəşri yayıb.

19 yaşlı sağ cinah yarımmüdafiəçisi hazırda Hondurasın "Viktoriya" klubunda çıxış edir. Kard bu mövsüm əsas komandaya cəlb olunub. Cari "futbol ili"ndə 10 matçda meydana çıxıb.

Qeyd edək ki, Samuel Kard Hondurasın U-20 yığmasının üzvüdür.