Tovuz şəhər stadionunda “Turan Tovuz” klubunun U-15, U-16, U-17 və Gənclər Liqasında mübarizə aparan komandalarına danışılmış oyunlarla bağlı seminar dərs təşkil edilib.

Offsideplus.az xəbər verir ki, məlumatı AFFA-nın mətbuat xidməti yayıb.

UEFA-nın oyunların toxunulmazlığı üzrə məsul nümayəndəsi Seymur Səlimli “Futbol ictimaiyyəti olaraq danışılmış oyun və ya oyun manipulyasiyası haqqında nələri bilməliyik?” və “Bizim hədəfimiz sizi və futbolumuzu qorumaqdır” mövzularında mühazirə oxuyub, maarifləndirici və hesabat xarakterli təqdimatlar edib.