Bu gün Misli Premyer Liqasında XI tura yekun vurulub.
Offsideplus.az xəbər verir ki, günün ilk oyununda "Sabah" "Neftçi"ni qəbul edib və oyun qolsuz heç-heçə ilə başa çatıb.
Digər qarşılaşmada isə "Qarabağ" "Şamaxı" ilə üz-üzə gəlib. Qurban Qurbanovun komandası rəqibi 3:0 hesabla məğlub edib.
Qeyd edək ki, turun əvvəlki görüşləri 25 və 26 oktyabr tarixlərində keçirilib.
Misli Premyer Liqası
XI tur
"Sabah" - "Neftçi" 0:0
Baş hakim: Tural Qurbanov
Bank Respublika Arena
"Qarabağ" - "Şamaxı" 3:0
Baş hakim: Cavid Cəlilov
Tofiq Bəhramov adına Respublika Stadionu