Bu gün Misli Premyer Liqasının VI turu çərçivəsində daha 2 oyun baş tutub.

Offsideplus.az xəbər verir ki, günün ilk oyununda "Şamaxı"ı doğma meydanda "Sumqayıt"ı qəbul edib və 1:0 hesabla qalib gəlib. 

Digər oyunda isə "Qarabağ" "Səbail"lə qarşılaşıb. Görüş Qurban Qurbanovun komandasının 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Qeyd edək ki, turun açılış oyununda "Araz-Naxçıvan" "Kəpəz"ə minimal hesabla qalib gəldi. VI tura sabah "Zirə"-"Neftçi" və "Sabah"-"Turan Tovuz" görüşləri ilə yekun vurulacaq.

Azərbaycan Premyer Liqası
VI tur
14 sentyabr (şənbə)
16:30 “Şamaxı” – “Sumqayıt” 1:0

Hakim: Rəşad Əhmədov
Şamaxı şəhər stadionu

19:00 “Qarabağ” – “Səbail” 2:1
Hakim: Tural Qurbanov
“Azersun Arena”