Ötən günlərdə “Şamaxı”nın idman direktoru Kamran İsmayılov Offsideplus.az-a verdiyi açıqlamada klubun maliyyə vəziyyətinə aydınlıq gətirmişdi.
O, “Hazırda heç kimə maaş borcumuz yoxdur” deyərək, futbolçularla bağlı problemlərin aradan qaldırıldığını vurğulamışdı. Klub rəsmisi ancaq çempionluq mükafatı ilə bağlı gecikmənin olduğunu və bunun sentyabrda ödəniləcəyini əlavə etmişdi. İsmayılovun "Şamaxı"nın borcunu tam ödəyib-ödəmədiyini soruşduq. Klub rəsmisi Offsideplus.az-a açıqlamasında məsələ ilə bağlı daha ətraflı məlumat verdi:
"Xeyr! Çempionluq mükafatını hələ ödənilməyib. Planımızda ödəmək var. Bu yaxınlarda həll etməyi düşünürük".
İradə Hatəmi