"Qarabağ"ın legioneri Riçard Almeyda Azərbaycan çempionatlarında 250-ci oyununu keçirib.
Offsideplus.az xəbər verir ki, 35 yaşlı yarımmüdafiəçinin yubileyi Azərbaycan Premyer Liqasının IV turunda gerçəkləşib. Almeyda, “Turan Tovuz”la keçirilən ev oyununda (0:1) meydana çıxaraq bu əlamətdar anı yaşayıb. O, 250 matçda 51 qol vuraraq komandaya əhəmiyyətli töhfə verib.
Braziliyalı futbolçu, Azərbaycan çempionatları tarixində eyni klubda 250-dən çox oyun keçirən beşinci oyunçu olub. Bu göstəricidə mütləq rekord 376 oyunla onun sabiq komanda yoldaşı Maksim Medvedevə aiddir. Eyni zamanda, Qara Qarayev və Aslan Kərimov “Qarabağ”da, Rahid Əmirquliyev isə “Xəzər Lənkəran”da 250 oyunu geridə qoyublar.
Qeyd edək ki, Riçard Almeyda 2012/2013 mövsümündən bəri fasilələrlə “Qarabağ”da çıxış edir. Onun debütü 2012-ci il avqustun 5-də “İnter” (indiki “Şamaxı”) ilə səfər matçında (1:1) baş tutub.