Misli Premyer Liqasının IV turunda "Qarabağ" "Turan Tovuz"a 0:1 hesabla məğlub olub.

Offsideplus.az xəbər verir ki, oyundan sonra baş tutan mətbuat konfransında "köhlən atlar"ın baş məşqçisi Qurban Qurbanov matçı şərh edib.

"Düşünürəm ki, çempionata hazır olmaq üçün bizim üçün vacib oyun oldu. Yaxşı müdafiə olunan kollektiv idi. Kurban Berdiyev müdafiə qurmaqda tanınmış mütəxəssislərdən biridir. Bunu təxmini bilirdik, yaxından tanımırdıq. Fikrimiz avrokubok oyunlarında idi. Rəqib qalib gəlibsə, təbrik etməliyik. Oyunları, nizam-intizamları ilə haqq etdilər. Azarkeşlərimizə təşəkkür edirəm".