“Neftçi” klubunda ayrılıq yaşanıb. 

Offsideplus.az xəbər verir ki, "ağ-qaralar" yarımmüdafiəçi Fərid Yusifli ilə yollarını ayırıb. 

Qeyd edək ki, Yusifli “Neftçi”nin heyətində meydana çıxdığı 4 mövsüm (2020/21-dən 2023/24-dək) ərzində 38 rəsmi oyun keçirib.