Misli Premyer Liqasının I turunda "Sumqayıt" "Kəpəz"lə qarşılaşdı.
Offsideplus.az xəbər verir ki, görüş "kimyaçılar"ın 2:0 hesablı qələbəsi ilə başa çatdı.
Qarşılaşmada "Offside"a düşən maraqlı məqamları diqqətinizə çatdırırıq:
* Hər iki komanda ehtiyat oyunçular baxımından əziyyət çəkirdi. Samir Abasov 7, Adil Şükürov isə 8 futbolçu arasından seçim etməli idi.
* Matçın 80-ci dəqiqəsində Ehtiram Şahverdiyev zədələndi. Adil Şükürov ona yaxınlaşıb, əlini başına qoyub "oynaya biləcəksən?", - deyə soruşdu. Futbolçu cavabında "yox" dedi. Bundan sonra məşqçi onu Nemət Musayevlə əvəzlədi.
* Qarşılaşmanın 87-ci dəqiqəsində "Sumqayıt" azarkeşləri Mehdi Cənnətovu səslədilər. Qolkiper onları alqışlayaraq təşəkkür etdi.
* Qarşılaşma bitəndən sonra Samir Abasov və Adil Nağıyev görüşmədilər.
* Oyun bitəndən sonra zədəli Kristian Velinovski Cordan Rezabalaya işarə ilə "ayağını yerə çox basmırsan", - deyə bildirdi.