Misli Premyer Liqasının I turunda "Neftçi" doğma meydanda "Turan Tovuz"la qarşılaşıb. 

Offsideplus.az xəbər verir ki, tərəflərin cəhdlərinə baxmayaraq oyunda hesab açılmadı. 

Matç zamanı "Offside"a düşən maraqlı məqamları təqdim edirik:

●"Neftçi Arena"da klubun yeni loqosunun əks olunduğu lövhə yerləşdirilib. 

●"Forza Neftçi" azarkeş qrupu mövsümə yenilənmiş bannerlə başlayıb. 

●Qonaq komandanın azarkeşləri "Nadir Nəbiyev, legend of "Turan Tovuz" (Nadir Nəbiyev — "Turan Tovuz"un əfsanəsi") yazılmış pankart açmışdı.

●Stadionda ot örtüyünün yaxşı vəziyyətdə olmaması diqqət çəkdi.

●Bakı macərası davam edən ukraynalı futbolçu Aleksey Kaşuk bu dəfə "ağ-qaralar"ın qonağı idi.