Bu gün Misli Premyer Liqasının 2024/24 mövsümünə start verilib.

Offsideplus.az xəbər verir ki, I turun açılış oyununda "Araz-Naxçıvan" və "Qarabağ" üz-üzə gəlib.

Görüş ağdamlıların 4:1 hesablı qələbəsi ilə başa çatıb.

Qarşılaşmada "Offside"a düşən maraqlı məqamları diqqətinizə çatdırırıq:

* Çempionatın açılış matçı olduğu üçün oyundan öncə dövlət himnimiz səsləndirildi.

* "Sabah"ın sabiq üzvü Aleksey Kaşuk matçı tribunadan izləyirdi.

* Qarşılaşmanı izləyənlər arasında "Zirə"nin çalışdırıcısı Rəşad Sadıqov da var idi.

* Görüşü AFFA prezidenti Rövşən Nəcəf, vitse-prezidentlər Balakişi Qasımov və Sərxan Hacıyev, PFL rəsmiləri tribunadan izləyirdilər.

* İkinci hissənin əvvəllərində "Qarabağ" azarkeşləri kənarda məşq edən bütün futbolçuların adlarını çəkərək dəstək oldular.

* Matçın sonlarında "İmarət" azarkeş qrupunun üzvləri "Qurban, bizi qrupa apar!" şüarını səsləndirdilər.