“Turan Tovuz” heyətini yeni futbolçu ilə gücləndirib.

Offsideplus.az xəbər verir ki, bölgə təmsilçisi “Araz-Naxçıvan”dan ayrılan Tural Bayramlını heyətinə qatıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 26 yaşlı yarımmüdafiəçi ilə 2 illik müqavilə imzalanıb.

Yunanıstan və Latviyada legioner həyatı yaşamış Tural Bayramlı karyerası ərzində “Sumqayıt”, “Keşlə”, “Zirə”, “Səbail” və “Araz-Naxçıvan” klublarının formasını geyinib.