“Kəpəz” daha bir futbolçusu Vüsal Məsimovla vidalaşıb. 

Offsideplus.az xəbər verir ki, bunu klubun mətbuat xidməti yayıb. 

Gəncə təmsilçisi müdafiəçisi ilə yollarını ayırıb. “Kəpəz”lə futbolçu arasında imzalanmış müqavilənin müddəti başa çatıb və uzadılmayıb.

Qeyd edək ki, Məsimov Premyer Liqa ilə yanaşı, I Divizionda da "Kəpəz"in şərəfini qoruyub.