“Turan Tovuz” daha bir futbolçusunu heyətində saxlayıb.

Offsideplus.az xəbər verir ki, komanda Oto Conla yeni müqavilə imzalayıb.

Razılıq növbəti 1 il üçün nəzərdə tutulub.

Nigeriyalı hücumçu 2023/24-cü illər mövsümündə 10 qolla tovuzluların ən sərrast futbolçusu olub.