“Turan Tovuz” müdafiəçi Şəhriyar Əliyevlə yeni müqavilə imzalayıb. Futbolçunun başqa təklifləri olsa da, klub oyunçunu razı sala bildi. 

Görəsən, Şəhriyar Əliyev nə üçün Qərb təmsilçisində qaldı? Millimizin sabiq üzvünü nə cəlb etdi? Məsələ ilə bağlı Offsideplus.az-a açıqlama verən Şəhriyar Əliyev bunları söylədi:

“Başqa təkliflərim var idi. Klubla danışıqlar apardıq və müqavilə bağladıq. Komandada qalmaq qərarına gəldim. Əlimdən gələnin ən yaxşısını edib, çalışacam ki, formanın haqqını verim. İndiyədək oynadığım bütün klublarda bunu etmişəm. İnşallah bu il öz üzərimdə işləyib, komandama daha çox xeyir verməyə cəhd göstərəcəm”.