Şahruddin Məhəmmədəliyev karyerasını Azərbaycanda davam etdirə bilər.
Offsideplus.az-a daxil olan məlumata görə, yığmamızın üzvü ilə "Sabah" yaxından maraqlanır. Hazırda Macarıstanda milli heyətində təlim-məşq toplanışında olan futbolçu menecer vasitəsi ilə paytaxt klubu ilə danışıqlar aparır.
Qeyd edək ki, Şahruddin Məhəmmədəliyev 2023/24 mövsümünün Super Liqa təmsilçisi "Adana Demirspor"da keçirib. 29 yaşlı qolkiper Türkiyə klubunda 25 oyunda 40 qol buraxıb, 5 "clean sheet" edib.